Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

ŞAD XƏBƏR - Alimlər koronavirusa qarşı peyvəndi tapdılar - İLK SINAĞI UĞURLU OLDU

ABŞ-ın Pitsburq Universitetinin Tibb fakültəsinin apardığı araşdırmalar nəticəsində, koronavirusla mübarizədə effektiv olacaq peyvəndin hazırlandığı bildirilib.

Mynews.az xarici KİV stinadən xəbər verir ki, alimlərin çərşənbə günü yayımlanan "EBioMedicine" adlı jurnaldakı məqaləsində, qısa bir vaxtda satışa hazır olacaq peyvəndin virusun yayılma sürətini ciddi şəkildə aşağı salacağı vurğulanıb.

Həmçinin qeyd olunub ki, hazırlanan peyvənd ilk olaraq siçanlar üzərində test edilib və koronavirusla mübarizədə effektiv olacaq. Peyvəndi hazırlayan alimlərdən biri Andrea Qambottonun bundan əvvəl də SARS, MERS kimi xəstəliklərlə mübarizədə xüsusi nəaliyyətlər əldə etdiyi bildirilib. Məqalədə peyvəndin tanınması üçün Amerika Qida və Dərman idarəsinə müraciət olunuğu, müəyyən icazələrin alınacağıi təqdirdə insanlar üzərində də sınaqdan keçiriləcəyi qeyd olunub.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...