Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Çinin yardım üçün göndərdiyi testlərdə koronavirus aşkarlandı

Koronavirusla mübarizə məqsədi ilə Çinin İngiltərəyə göndərdiyi 15 dəqiqəyə virusu aşkarlayan diaqnostik testlərlə bağlı inanılmaz bir fakt ortaya çıxıb.

Mynews.az Metbuat.az-a istinadla xəbər verir ki, İngiltərə Çindən gətirilmiş bu testlərdə Lüksemburqa aid bir şirkət tərəfindən aparılan araşdırma zamanı koronavirus aşkarlandığını açıqlayıb. Buna görə də, testlərin İngiltərəyətəslim edilməsi təxirə salınıb.

Qeyd edək ki, İngiltərə Səhiyyə naziri Mat Hankok bu ayın sonuna qədər 100 min test etmə hədəfi qoyduqlarını açıqlayıb.

Bu günə qədər İngiltərədə yeni növ koronavirusa yoluxanların sayı 47 min 806-dır. 4 min 934 nəfər isəvirus səbəbindən həyatını itirib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...