Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Koronavirusun yayıldığı şəhərdə həyat normala döndü - KARANTİN LƏĞV EDİLDİ

Çinin Hubey əyalətindəki Uhan şəhərində yeni növ koronavirus (COVID-19) pandemiyasının baş verdiyi ərazidə karantin qərarı ləğv olunub.

Mynews.az bildirir ki, Uhan şəhərində 76 gündür tətbiq olunan karantin sona çatıb.

11 milyon əhalisi olan Uhanda yaşayanların icazəsiz şəhəri tərk edə biləcəyi açıqlanıb.

Məhdudiyyətlərin tamamilə aradan qaldırılmadığını bildirən rəsmilər məktəblərin hələ açılmayacağını və bununla bağlı qərarın daha sonra veriləcəyini qeyd ediblər.

Çin Milli Səhiyyə Komissiyasının verdiyi açıqlamada yanvar ayından bəri bu gün ilk dəfə ölüm hallarının olmadığı bildirilib.

Komissiya həmçinin 32 yeni COVID-19 yoluxma halının aşkarlanması ilə ümumi sayın 81 min 740-a yüksəldiyini və daha 89 nəfərin müalicə olunduğunu açıqlayıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...