Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

İndi də "denq qızdırması" yayılır - 10 minlərlə yoluxma var, 254 nəfər ölüb

İndoneziyada baş qaldırmış denq qızdırması ("dengue fever" - tropik qızdırma) həyəcan yaratmaqdadır.

Mynews.az xarici mediaya istinadən xəbər verir ki, yanvarın 1-dən aprelin dördünə qədər ölkədə bu qızdırmanın 254 nəfər qurbanı qeydə alınıb.

Yoluxma faktının 40 min nəfər olduğu bildirilib. Ölkənin qərbi Cava ve şərqi Nusa Tenggara vilayətləri “qırmızı zona” elan edilib. Qızdırmanı ağcaqanadların yaydığı barədə məlumat var. Bundan öncəki illərdə də baş qaldırmış qızdırma 2016-cı ildə 1598, 2017-ci ildə 493, 2018-ci ildə 344 nəfərin ölümünə səbəb olub.

"Arab News" xəbər verir ki, Yəmən xəstəxanaları da denq qızdırmasına tutulmuş xəstələrlə dolub.

Bali hökuməti də 2100 yoluxma faktı barədə məlumat yayıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...