Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Tramp ABŞ-da koronavirusdan öləcək insanların sayını açıqlayıb

Birləşmiş Ştatlar administrasiyası hesab edir ki, koronavirusa yoluxmuş azı 100 min amerikalı öləcək...

ABŞ hakimiyyəti ölkədə koronavirus qurbanlarının sayı ilə bağlı öz hesablamalarına düzəliş edib. Birləşmiş Ştatlar administrasiyası hesab edir ki, koronavirusa yoluxmuş azı 100 min amerikalı öləcək.

Mynews.az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp keçirdiyi brifinqdə bildirib.

"Əvvəl deyirdilər ki, əgər heç bir tədbir görülməsə, 100 mindən 225 min nəfərə (minimal itki sayı -red) və 2,2 milyona qədər olacaq”, - o deyib. “Baxarıq, nəticə nə olacaq, amma indi görünür, 100 mindən (ölənlərin sayı-red) çox olacaq", - ABŞ prezidenti əlavə edib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...