Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

11 yaşlı qızın eyvandan atdığı alma üç aylıq körpəni komaya saldı

Çinin Dunquan şəhərində 11 yaşlı qızın 24-cü mərtəbədə yerləşən mənzilin eyvanından atdığı alma nənəsinin qucağında yatan üç aylıq körpənin başına dəyib.

“The Sun” xəbər verir ki, Tonqtonq adlı üç aylıq qız huşsuz halda xəstəxanaya çatdırılıb. Orada onun ağır beyin travması aldığı və kəllə sümüyünün qırıldığı müəyyən edilib.

Beyin qanaxmasını durdurmaq üçün həkimlər dərhal körpəni əməliyyat ediblər, lakin Tonqtonq komaya düşüb. Həkimlərin fikrincə, uşaq komadan çıxsa belə onun beyninin sağ hissəsi fəaliyyət göstərməyəcək. Məlumata əsasən, körpə iflic olub.

Qeyd etmək lazımdır ki, bu bədbəxt hadisəyə görə bütün məsuliyyəti öz üzərinə 11 yaşlı qızın atası götürüb. O, Tonqtonqun ailəsinə 3800 dollar pul verib. Kişinin sözlərinə görə, qızı itə alma vermək istəyərkən meyvə əlindən düşüb. Hadisə zamanı o, evdə tək olub. Polis günahkarı almanın üzərində olan barmaq izlərindən müəyyən edib.

Məhkəmənin qərarına əsasən, qızın atası Tonqtonqun ailəsinə 262 min dollar müavinət ödəməli olacaq.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...