Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Koronavirus səbəbindən çinli həkimlərin dərisi qaralıb

Koronavirusa yoluxan iki çinli həkim dərilərinin qaraldığını təsbit ediblər.

“Daily Mail” xəbər verir ki, Yu Fan və Hu Veyfenq Uhanın Mərkəzi xəstəxanasında koronavirusa yoluxanları müalicə edərkən xəstəliyə tutulublar.

Onlar ekstrakorporal membran oksigenləşdirilmə üsulu ilə müalicə alıdqları üçün ölümdən xilas ola biliblər.

Koronavirusun bədənlərinə yayılması səbəbindən həkimlərin qara ciyərləri zədələnib.

Bundan qaynaqlanan hormonal disbalans isə onların dərisinin qaralmasına gətirib çıxarıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...