Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Qızlar yataqxanasına soxulan “çağırılmamış qonaq” - VİDEO

Türkiyənin Rize şəhərində qızların qaldığı yataqxanaya girən kişi böyük təlaşa səbəb olub.
 
Kredit Texnikumuna bağlı “Dosma” Qız tələbə yataqxanasına gizlicə girən 27 yaşlı V.A. binanın üçüncü mərtəbəsində olarkən görülüb. Haray-qışqırıq qoparan qızlar otaq yoldaşlarını köməyə çağırıblar. 
 
Bir anda dəhliz qızlarla dolub. Bu zaman qızlardan bəziləri polisin gəlməsini gözləmədən əllərinə keçən əşyalarla “çağırılmamış qonağ”ın üzərinə hücuma keçiblər. Onu yaxşıca kötəkləyiblər. 
Binanın mühafizəçiləri gələrək gənci yaxalayıb, polisə təslim edib.
Qızların şikayəti əsasında V.A aparıldığı  Rize Məhkəməsində nəzarətdə saxlanılmaq şərti ilə sərbəst buraxılıb. 
Yataqxanada qalan qızlar isə məhkəmənin qərarından narazıdırlar. Olay zamanı qorxu və təlaş keçirən qızlar “Adam nə üçün sərbəst buraxıldı. Biz can güvənliyimizi təhdid altında hiss edirik” deyirlər. 
 
 
“Çağırılmamış qonağın yaxalanması zamanı çəkilən videonu da təqdim edirik:
Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...