Ermənilərin Kəlbəcərdən miskin köçü - Çərçivələri, unitazları da aparırlar - VİDEO

Xəbər verdiyimiz kimi, noyabrın 15-də Kəlbəcər rayonu Azərbaycana təhvil verilir.
Bu, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin hərbi sahədəki möhtəşəm uğurlarımızı məharətlə siyasi-diplomatik müstəviyə keçirməsi ilə baş tutdu. Belə ki, qalan torpaqlarımız müharibəsiz, qansız, şəhidsiz geri qaytarılır.
Qarabağ Müharibəsində uğursuzluğa düçar olan Ermənistan hökuməti tərəfindən işğal zamanı torpaqlarımıza qanunsuz yerləşdirilən ermənilərin köçürülməsinə başlanılıb.
BBC-nin hazırladığı videoreportaj da razılaşmaya uyğun olaraq ermənilərin Kəlbəcəri tərk etdiyini təsdiqləyir.
Videodan görünür ki, ermənilər aparılması mümkün olan hər şeyi özləri ilə götürürlər. Onlar hətta pəncərə çərçivələrini, unitazları belə aparırlar.
Ermənistan hər zamankı kimi, mənfur xislətini göstərir. Torpaqlarımız işğalda olan zaman maddi mədəniyyət abidələrimiz dağıdılıb, talan edilib. Elə köç zamanı da işğal olunmuş ərazilərdə maddi mədəni sərvətlərimizin dağıdılması və qarət olunması davam edir.
Ərazini tərk edən erməni əhali isə gedərkən apara bilmədikləri şeyləri, meşələri yandırır, məhv edirlər.
Təbii ki, bu, onların necə vandal olduqlarının növbəti bir sübutudur.
Prezident İlham Əliyev “İnterfaks” agentliyinə müsahibəsində də ermənilərin işğal atında olan torpaqlarımızda törətdiyi talançılıqdan danışmışdı:
“Biz Füzuli şəhərini işğaldan azad edəndə orada bircə salamat bina tapa bilmədik. Təsəvvür edirsinizmi? Bütün şəhərdə, halbuki orada 10 minlərlə insan yaşayırdı. Bircə bina da qalmayıb. Mənə zəng vurdular, dedim ki, bayrağı dirək üzərində qaldırın.
Görün, onlar nə ediblər?! Ağdamın, Cəbrayıl rayonunun xarabalıqlarına baxın. Hər şey dağıdılıb. Elə bil buradan vəhşilər keçiblər. Elə bil bunlar insan deyilmiş. Onlar hər şeyi söküb-dağıdıblar. Evlərin damlarını, pəncərə çərçivələrini, hətta unitazları da. Bu, sadəcə, quldurluqdur”.
Qanunsuz yerləşdikləri torpaqlardan çıxmalı olan ermənilər ekoloji terror törətməkdən, təbiətə ziyan vurmaqdan da geri qalmırlar. Bu, bir daha onların barbarlığından xəbər verir.
Dünya
- İranda “qisasa qisas”: Qız anasını edam etdi
- Çılpaq qadın canlı yayımda aparıcıya hücum etdi - VİDEO
- Erməni aktyorun Mehriban Əliyevanın paylaşımına yazdığı şərh Ermənistanı qarışdırdı - FOTO
- Ermənistan yeni müharibəyə hazırlaşır?
- 8 bal gücündə zəlzələ baş verdi: Sunami sürətlə sahilə yaxınlaşır - Əhali təşviş içində / VİDEO
- "Şuşa da, Qarabağ da Azərbaycanındır, bəsdir artıq" - Ermənidən etiraf
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Ünvanlı dövlət sosial yardımın məbləği artıb 907 dəfə oxunub
- Dövlət qurumlarının bir-birindən xəbərsiz fəaliyyəti - Bağçalar işləyir, yoxsa yox? 905 dəfə oxunub
- Rəmiş vəfat etdi - VİDEO 597 dəfə oxunub
- Azərbaycanda işığın qiyməti iki dəfə qalxacaq? - AÇIQLAMA 590 dəfə oxunub
- Rəmiş dəfn edildi - YENİLƏNİB + VİDEO 589 dəfə oxunub