Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Paşinyan niyə matəm gününü 19 dekabra saldı? - ŞOK SƏBƏB

Nikol Paşinyan matəmdən hətta siyasi məqsədləri üçün istifadə edir.

Mynews.az xəbər verir ki, bunu "Daşnaksütyun" partiyasının üzvü İşxan Saqatelyan deyib.

O qeyd edib ki, Nikol Paşinyan hiyləgərlik işlədərək müxalifətin mitinqinin təyin edildiyi tarixdə matəm elan edib: "Niyə 45 gün yas elan etmədi? Çünki hətta yasdan öz siyasi məqsədləri üçün istifadə edir".

"Xalqımız ölkəni satan bu adamı qəbul edə və buna dözə bilməz. Ona "butulka tutan" Andranik Köçəryan və bir neçə nəfər dəstək verir. Nikol Paşinyan saxtakarların lideridir. Bu ölkədə dezinformasiya yayan ilk insan Nikoldur, o yalanın kralıdır", - Saqatelyan bildirib.

Qeyd edək ki, Nikol Paşinyan ötən gün canlı yayımda 19 dekabrdan Qarabağda ölənlər üçün 3 günlük matəm elan etmişdi. (publika.az)

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...