Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

“Ordu rəhbərliyi dəyişməli, fahişəlik leqallaşmalıdır” - sabiq erməni baş nazirindən ifşaedici açıqlama

Ermənistanda parlament seçkiləri kampaniyası ən qızğın mərhələsinə daxil olub. Bu mərhələdə əsas tənqid və hətta təhdid hədəfi isə təbii ki, mövcud hakimiyyətdir,SerjSərkisyan rejimidir. Bu da təbiidir. Ona görə ki,Sərkisyan iqtidarı dövründə ölkənin nə əsas iqtisadi-sosial problemləri yoluna qoyulub, nə də Dağlıq Qarabağ məsələsi. Ermənistandan emiqrasiya, korrupsiya isə ilbəil daha böyük miqyas almaqdadır.
 
Bu arada prezident LevonTer-Petrosyandönəmində baş nazir postunu tutmuş (1993-96), hazırda isə “Müstəqil demokratlar” Partiyasından baş nazirliyə və deputatlığa namizəd Hrant Baqratyan İrəvandakı “Ayatsak” klubunda maraqlı açıqlama verib.
 
Musavat.com-un aravot.am nəşrinə istinadən verdiyi xəbərə görə, keçmiş baş nazir çıxışı zamanı öncə ölkədə qanunçuluğu bərpa etməyin zamanı çatdığını söyləyib.
 
Onun sözlərinə görə, təmsil etdiyi qüvvə hakimiyyətə gəlsə, təcrübəsi olub-olmamsından asılı olmayaraq, 20-25 yaşlı gənclər işə götürüləcəklər. “Bizim başqa yolumuz yoxdur. Bu ölkənin işə düşməsi üçün müəyyən sistemləri silib atmaq lazımdır. Bu gün Slavyan İnstitutu və Amerika Universiteti istisna olmaqla, bütün ali məktəblərdə rüşvət alırlar. Bəzən dürüst müəllimlərə də rast gəlmək olur, amma bütövlükdə sistem güclü şəkildə korlanıb”, - deyə Baqratyan qeyd edib.
 
Deputatlığa namizədin fikrincə, ordu rəhbərliyi də bütünlüklə dəyişməlidir: “Hamını “fəxri istirahət”ə göndərmək lazımdır. Həmçinin dövlət təhlükəsizliyi sistemini öz vətəndaşlarına qarşı casusluq edənlərdən tamamən təmizləmək gərəkdir. Eyni yanaşma polisə münasibətdə olmalıdır. Levon Yeranosyanı (İrəvanın baş polisi –red.) daha bu postda yüz faiz görməyəcəksiniz”.
 
Keçmiş baş nazir hesab edir ki, Ermənistanın müalicəyə ehtiyacı var. “Ölkə güclü şəkildə xərçəng xəstəliyinə tutulub. Nə qədər ki, şiş sağalmaz mərhələyə keçməyib, ölkəni ondan qurtarmaq lazımdır”, - Baqratyanxəbərdarlıq edib.
 
Eks-baş nazir habelə, ölkədəki gecə klublarının işini qaydaya salmağı, fahişəliyi qanunmiləşdirməyivə “qədim peşə” sahiblərinə lisenziya verməyi təklif edib: “Bu şəhərdə (İrəvanda-red.) gecə həyatı var və biz bunun şahidi oluruq. Nə vaxt ki, maşınla, uşaqlarla küçəyə çıxırıq, görürük ki, onlar orada dayanıblar. Biz bunu bilirik. Vaxt çatıb ki, bütün bunlar qanun çərçivəsinə salınsın. Qoy bu adamlar pul ödəsinlər. Qoy lisenziya alsınlar. Gecə klubları şəhərin hər yerində ola bilməz. Bəziləri deyir ki, bunu iranlı turistlər üçün edirlər. Qoy bu, onlar üçün olsun. İranlı turistlərə yer verin, nə istəyirlər eləsinlər”.
 
Deputatlığa namizədin sözlərinə görə, şəhərin elə bir yerində yaşayır ki, gecələr turistlərin bu adamlarla söhbətlərini eşidir. O, “fahişəliyi qanuniləşdirməyimi təklif edirsiniz” sualına belə cavab verib: “Qoy lisenziya olsun, mütləq. Qoy tibbi yoxlamadan keçsinlər və yalnız bundan sonra turistlərə xidmət eləsinlər. Əgər qanuniləşdirməkistəmirlərsə, o zaman niyə həbs eləmirlər? Sivil ölkələrdə, Almaniyada, Avropa ölkələrində... mənə elə gəlir ki, Paris İrəvanla müqayisədə daha mənəviyyatlı şəhərdir. İrəvanın istənilən küncündə gecə klublarını, fahişəliyi görmək olar. Ancaq belə olmamalıdır. İndi məgər bütün bunlar leqallaşmayıb? Yeri gəlmişkən, bizim qanunlar indi buna görə cəza nəzərdə tutmur. Ancaq biz qanun səviyyəsində yarısını eləmişik, yarısını isə - yox”.
 
Sabiq baş nazir problemdən iki çıxış yolunun olduğunu bildirib: “Ya biz Şimali Koreya nümunəsindəki kimi onları öldürüb yandırmalıyıq, ya da onlara lisenziya verməliyik”. Bəs “ikinci halda bu “biznes”in daha da çiçəklənməsi təhlükəsi yaranmazmı” sualına Baqratyanın münasibəti bu cür olub: “Narahat olmayın, çiçəklənməyəcək. Siz elə bilirsiniz ki, hal-hazırda fahişəlik sovet dövründəkindən daha böyük miqyasdadır?”
 
Deputatlığa və baş nazirliyə namizədin açıqlamaları bir daha başında kriminal Sərkisyan rejiminin durduğu işğalçı Ermənistanda qanunsuzluğun və hüquqi bespredelin hansı acınacaqlı səviyyədə olduğuna, korrupsiya və rüşvətin hansı geniş miqyas aldığına şübhə yeri saxlamır.
Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...