Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Türkiyədə fəlakət qurbanlarının sayı artdı - FOTO

Türkiyənin Qara dəniz bölgəsində baş verən sel fəlakətində ölənlərin sayı 70-ə çatıb.

Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) bildirilib.

Kastamonuda 60, Sinopda 9, Bartində 1 nəfər sel səbəbindən həlak olub. 8 nəfərin müxtəlif xəstəxanalarda müalicəsi davam edir.

Xatırladaq ki, avqustun 11-də Qara dənizin Qərb bölgəsində başlayan aramsız yağışlar səbəbindən Bartın, Kastamonu və Sinop şəhərlərində sel və daşqınlar meydana gəlib.

Bundan əvvəl 62 nəfərin öldüyü bildirilib. Hazırda axtarış-xilasetmə işləri davam edir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...