Türkiyə səhəri güclü zəlzələ ilə açdı

Bu gün səhər saatlarında Egey dənizi sahillərində 5,1 bal gücündə zəlzələ qeydə alınıb. Yeraltı təkanlar Türkiyənin İzmir şəhərində də hiss olunub.
"Haber Global”ın məlumatına görə, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin nəzdindəki Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) bildirilib
Zəlzələnin episentrinin Egey dənizinin 3,97 kilometr dərinliyində olduğu müəyyən edilib.
İlk təkanlardan doqquz dəqiqə sonra 4,3 bal gücündə daha bir zəlzələ baş verib. Sakinləri qorxudan yeraltı təkanlar İzmirlə yanaşı, Aydın şəhərində də hiss olunub.
Hələ ki, zərərçəkənlər barədə məlumat yoxdur.
"Egey dənizində baş verən və şəhərimizdə hiss edilən zəlzələ nəticəsində heç bir dağıntı olmayıb ”, - deyə İzmir Böyükşəhər bələdiyyə başçısı Tunç Soyer bildirib.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- “Meyvəli bazarı”nda şort qadağası - “Hamının anası-bacısı var” - FOTO 1122 dəfə oxunub
- Özünü zabit kimi təqdim edən əsgər ordu sıralarından çıxarıldı - RƏSMİ - FOTO 1120 dəfə oxunub
- Ermənistandan itkilərlə bağlı YENİ AÇIQLAMA 1086 dəfə oxunub
- Azərbaycan Ordusunun şəhid olan əsgəri dəfn olunub - YENİLƏNİB 1074 dəfə oxunub
- Xırdalanda partlayışda yaralananların adları məlum olub - SİYAHI 1031 dəfə oxunub