Zelenskinin həyat yoldaşı: - "Nə ağlayıram, nə də qorxuram!"

Ukrayna prezidenti Volodimir Zelenskinin həyat yoldaşı Olena Zelenski ölkəsini tərk etməyəcəyini açıqlayıb.
Mynews.az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə paylaşım edən Olena müharibəyə görə nə qorxduğunu, nə də ağladığını bildirib. "First Lady" Ukrayna xalqına səslənərək onların yanında olduğunu vurğulayıb:
"Əziz xalqım, ukraynalılar! Bu gün hamınızı izləyirəm! Televiziyada, küçələrdə, sosial şəbəkələrdə... Yayımladığınız paylaşımlara baxıram. Bilirsiniz? Siz hər biriniz möhtəşəmsiniz! Sizinlə eyni ölkədə yaşadığım üçün qürur duyuram!
Biz nəhəng orduyuq. Və bu gün nə ağlayıram, nə də qorxuram! Sakit və hüzur doluyum. Uşaqlarım mənə baxır. Onların, həyat yoldaşımın və sizin yanınızdayam. Sizi sevirəm! Ukraynanı sevirəm!"
Qeyd edək ki, Olena həyat yoldaşı Volodimir Zelenskinin ən böyük dəstəkçisidir. O, 2019-cu ilin mayında ərinin prezident seçilməsindən sonra Ukraynanın "First Lady"si olub.
Olena həyat yoldaşı ilə eyni universitetdə oxuyub. Zelenski hüquq, xanımı Olena isə memarlıq ixtisası üzrə təhsil alıblar. Onlar 2003-cü sentyabrında ailə həyatı qurublar. Olena ilə Zelenskinin Aleksandra adlı qızı, Kirilo adlı bir oğlu var. Aleksandra 18, Kirilo isə 9 yaşındadır.
Dünya
- Paşinyan yenə gülünc vəziyyətə düşdü
- Çində vəziyyət gərginləşir - Xəstəliklə bağlı son rəqəmlər heyrətləndirdi
- Zelenskidən Türkiyə haqda şok sözlər - Siz kimin yanındasınız? - VİDEO
- Ukraynada yük təyyarəsi qəzaya uğradı - Ölənlər var
- Türkiyəli qapıçı oyun zamanı dünyasını dəyişdi
- Nyu-York metrosunda silahlı hücum oldu - Yaralılar var
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Milli brend “Təbio” təqdim edildi! - FOTOLAR 1140 dəfə oxunub
- Hava ilə bağlı - XƏBƏRDARLIQ 1081 dəfə oxunub
- Pomidorun qiyməti bu tarixdən ucuzlaşacaq - AÇIQLAMA 1074 dəfə oxunub
- Foto və videoları ilə şantaj edilən qız özünü öldürdü - Azərbaycanda şok hadisə 1070 dəfə oxunub
- Xalq artisti Vaqif Əsədov vəfat etdi 1057 dəfə oxunub