Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Çində vəziyyət gərginləşir - Xəstəliklə bağlı son rəqəmlər heyrətləndirdi

21 milyon insanın yaşadığı Pekində karantin tədbirləri gücləndirilib.

Mynews.az xarici mediaya istinadən xəbər verir ki, Çinin paytaxtı Pekində COVİD-19 yoluxmalarının artması səbəbilə karantin rejimi sərləşdirilib. Pekin hökuməti bildirib ki, Pekin vasitəsilə Çinə daxil olan sərnişinlər 10 günlük kütləvi karantinə və əlavə yeddi günlük ev karantininə məruz qalacaqlar. Digər tərəfdən, Pekinin COVİD-19-un ilk ortaya çıxdığı və ən intensiv olduğu Uhan şəhərinin vəziyyətinə düşməsi ehtimalı səlahiyyətliləri qorxudur. 

Pekində yeni epidemiya dalğasında aprelin 22-dən bəri 555 yoluxma halı qeydə alınıb. Bildirilib ki, virus ilk yoluxmalar aşkarlanana qədər bir həftə ərzində yayılıb.  

Çində bu həftə 4271 COVİD-19 xəstəsi sağaldığı halda, xəstəxanalarda müalicə olunan təsdiqlənmiş COVİD-19 xəstələrinin sayı 16266 olub.

Çinin ən böyük və izdihamlı şəhərlərindən biri olan Şanxay artan yoluxma sayından sonra "Yeni Wuhan" hesab olunur. 26 milyondan çox insanın yaşadığı şəhərdə ötən həftə 24 min 943 nəfərin COVİD-19 testi pozitiv çıxıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...