Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu

Rusiya paytaxt Kiyevə və Ukraynanın 3 bölgəsinə PUA və raketlərlə hücum edib.

Mynews.az xəbər verir ki, Rusiya Ukraynanın paytaxtı Kiyevə, həmçinin Mikolayiv, Odessa və Çerkassı vilayətlərinə pilotsuz uçuş aparatları (PUA) və ballistik raketlərlə hücum edib.

Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığından verilən açıqlamada Rusiyanın bu gecə 2 ədəd "İskəndər-M" ballistik raketi və 16 ədəd "Şahed" tipli PUA ilə Ukrayna ərazisinə hücum etdiyi bildirilib. 

Açıqlamada Kiyev, Mikolayiv, Odessa və Çerkassı vilayətlərində 15 PUA-nın hava qüvvələri tərəfindən vurulduğu qeyd edilib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...