Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

“HƏMAS” liderlərindən biri öldürüldü

Qəzza zolağında “HƏMAS”-ın liderlərindən biri öldürülüb.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, naməlum şəxslər odlu silahdan bir neçə dəfə atəş açaraq Mazen Fukahanı qətlə yetiriblər.

Məlumata əsasən, o, 2011-ci ildə İsrail tərəfindən həbsxanadan buraxılaraq Qəzza zolağına göndərilib.

İsrail müdafiə ordusu hadisəni şərh etməkdən imtina edib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...