Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

10 yaşlı azərbaycanlı münsiflərin qəlbini fəth etdi - VİDEO

Naberejnı Çelnıda yaşayan əslən Azərbaycandan olan 10 yaşlı Nurlan İsmayılov Rusiyanın birinci kanalında yayımlanan “Qolos. Deti” şousunun dördüncü mövsümünə vəsiqə qazanıb. 

Mynews.az  Axar.az-a istinadən xəbər verir ki, Nurlan Polad Bülbüloğlunun “Zəng et” mahnısını ifa edib. 

Nurlanın səsinə ilk Nyuşa çevrilib. Nurlanın çıxışı o dərəcədə parlaq olub ki, müğənni kürsüsündə rahat otura bilməyib və rəqs etməyə başlayıb. 

“Bax indi mən vicdanla deyə bilərəm ki, gözlədiyim kişiyə rast gəldim. Gəl yanıma əzizim! Axır ki, bu baş verdi, mən xoşbəxtəm”, - bunları müğənni gənc azərbaycanlının çıxışından sonra deyib. 

Nurlan Nyuşanın komandaya götürdüyü son iştirakçı olub. O, ifası ilə müğənninin qəlbini fəth edib!

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...