Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Tramp kürəkəninə Ağ evdə yeni vəzifə verəcək

ABŞ prezidenti Donald Tramp bazar ertəsi Ağ evdə geniş səlahiyyətlərə malik yeni bölmənin açılışını elan etmək niyyətindədir. Bu bölməyə onun baş müşaviri və kürəkəni Cared Kuşner rəhbərlik edəcək. 

Mynews.az xəbər verir ki, bu barədə “Washington Post” nəşri məlumat yayıb. 

Qəzetin məlumatına görə, Amerika İnnovasiya İdarəsi Ağ evin qərb hissəsində bölmə kimi fəaliyyət göstərəcək və birbaşa Donald Trampa tabe olacaq. İdarənin funksiyaları sırasına federal bürokratik sistemin işinə və Trampın seçkiqabağı verdiyi vədlərin yerinə yetirilməsinə nəzarət daxildir. Nəşr bu vədlərin sırasında veteranlara qayğı və narkomaniya ilə mübarizəni vurğulayıb. 

İdarənin heyəti sabiq kommersiya rəhbərlərindən ibarət olacaq. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...