Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Navalnı razılaşdırılmamış mitinqin təşkilinə görə cərimələndi

Moskvanın Tversk məhkəməsi müxalifətçi Alkesey Navalnını paytaxtın mərkəzində razılaşdırılmamış mitinqin təşkilində təqsirkar bilərək 20 min rubl həcmində cərimə edib. 

Mynews.az  bu barədə TASS-a istinadən xəbər verir. 

Navalnı özü iclasda bəyan edib ki, onun təşkil etdiyi korrupsiya əleyhinə aksiya qanunidir və Konstitusiya Məhkəməsinin qərarına müvafiqdir. 

“Biz Moskva hökumətinə aksiyanın razılaşdırılması üçün müraciət etdik. Qanuna uyğun olaraq üç gün ərzində bizə icazə verilməli və ya aksiyanın keçirilməsi üçün alternativ yer təklif edilməli idi. Bu isə baş vermədi, bu səbəbdən də Konstitusiya Məhkəməsinin qərarına uyğun olaraq biz aksiyanı əvvəlcədən bildirdiyimiz yerdə keçirmə hüququna sahib idik”, - o deyib. 

Müxalifətçini martın 26-da Moskvanın mərkəzində korrupsiya əleyhinə razılaşdırılmamış mitinqə gəldiyindən bir neçə dəqiqə sonra həbs ediblər. 
 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...