Fikrət Qocanın oğlunu öldürən şəxsin başına iş gəldi
Xalq şairi Fikrət Qocanın oğlu Yalçın Qocayevi qətlə yetirməkdə təqsirləndirilən Elnur Nəhmədov üçün təcridxanaya mobil telefon keçirmək istəyən dayısının bu əməli aşkar edilib.
Mynews.az -ın Penitensiar Xidmətə istinadən verdiyi xəbərə görə, Bakı İstintaq Təcridxanasında saxlanılan Nəhmədov Elnur Balamirzə oğlu ilə qısamüddətli görüşə gəlmiş dayısı Sabirabad rayon sakini Zülfüqarov İsa Mövsüm oğlunun üstünə və əşyalarına baxış keçirilən zaman cibindən içərisində danışıq kartı olan “İ-Phone” markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.
Qeyd edək ki, martın 12-də Yalçın Qocayev tanışları – Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Ruslan Məmmədov, Sabirabad rayon sakini Elnur Nəhmədov və Bakı şəhər sakini Pərviz Hüseynovla birgə yeyib-içiblər. Spirtli içki qəbul edən tanışlar arasında mübahisə düşüb. E.Nəhmədov mübahisə zəminində Y.Qocayevi döyərək qətlə yetirib.
Dünya
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu
- Moskvada daha bir DƏHŞƏT
- Məşhur aktyor "Oskar"a çılpaq qatıldı
- Zəlzələdə anasını itirdi, bir gün sonra oğlu dünyaya gəldi
- İnsult keçirən ustad aktyorun son vəziyyəti açıqlandı
- Türkiyədə 100 mindən çox şəxsi aldadan “Tosuncuk” həbsxanada - Tanınmaz halda - FOTO
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 599 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 585 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 577 dəfə oxunub