DƏHŞƏT! Coca-Cola-da nəcis tapıldı - Böyük qalmaqal- FOTO
Dünyanın ən məşhur brendləridən və korporasiyalarından olan Coca-Cola böyük qalmaqalla qarşılaşıb. Səbəb Şimali İrlandiyadakı zavodda baş vermiş hadisədir.
Mynews.az-ın məlumatəan görə, hadisəni Şimali İrlandiya Polisi (Police Service of Northern Ireland, PSNİ) araşdırır. Cinayət işi başlanılıb, istintaq gedir.
Hadisə Şimali İrlandiyadakı Nokmer-Hill sənaye zonasında, Ko Antrim bölgəsindəki Lisbern şəhərində yerləşən Coca-Cola zavodunda qeydə alınıb.
Almaniyadan gətirilmiş qalay bankaların olduğu konteynerlər zavodun istehsal konveyerinin olduğu sexin anbarına boşaldılıb.
Fəhlələr yükü yoxlayarkən konteynerdəki qutulardan birinə yığılmış bankalarda nəcisin olduğunu görüblər.
"Biabırçılıqdı, murdarlıqdı! Mexanizmləri söndürdük, konveyeri dayandırdıq. Nəcisə bulaşmış qabları təmizləmək 15 saat vaxtımızı aldı. Qalay bankaları adətən Britaniyadan gəlir. Amma bu dəfə bankalar Almaniyadan göndərilmişdi", - zavodun işçilərindən biri deyib.
İlkin təxminlərə görə, bankalarda nəcisin olmasının səbəbkarı Almaniyadan gəlmiş iritonnajlı yük maşınının kuzovuna gizlicə miqrantların girməsi ola bilər. "Görünür, uzun yol qət edən miqrantlar ayaqyolu yeri qismində bankalardan istifadə ediblər. İstənilən halda bu, şok yaradan hadisədir. Bəs yaxşı, hanı o miqrantlar?!" - polis zabitlərindən biri söyləyib.
Coca-Cola-nın Şimali İrlandiyadakı zavoduna bankalar qapaqsız gətirilir. Zavodda Coca-Cola içkisi ilə doldurulandan sonra bu bankaların ağzı bağlanır və onlar Şimali İrlandiya ərazisindəki çoxsaylı marketlərə satışa göndərilir.
Polis Nokmor-Hilldəki zavodda araşdırmalara başlayıb.
Coca-Cola da olayın araşdırılmasında PSNİ ilə sıx əməkdaşlıq etdiyini bəyan edib: "Məhsulumuzun keyfiyyəti və təhlükəsizliyi məsələləri bizim üçün həddən ziyadə önəmlidir. Nokmor-Hilldəki insidentdən xəbərimiz var. Baş vermiş hadisə lokal olaydır və hazırda istehsal olunan, satılan məhsullarımıza heç bir halda təsir edə bilməz".
Zavoddakı olayın araşdırlmasına Lisbern və Kastlriq şəhərlərinin şuraları da qatılıblar. (milli.az)
Dünya
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu
- Moskvada daha bir DƏHŞƏT
- Məşhur aktyor "Oskar"a çılpaq qatıldı
- Zəlzələdə anasını itirdi, bir gün sonra oğlu dünyaya gəldi
- İnsult keçirən ustad aktyorun son vəziyyəti açıqlandı
- Türkiyədə 100 mindən çox şəxsi aldadan “Tosuncuk” həbsxanada - Tanınmaz halda - FOTO
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 1122 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 1109 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 1109 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 1105 dəfə oxunub
- Sumqayıtlı məzun - “300 bal toplamaq mənim ilk böyük uğurumdur” 1000 dəfə oxunub