Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Putin hərbçilərinin sayını artırdı

Rusiya Silahlı Qüvvələrinin (SQ) şəxsi heyətinin sayı bir milyon nəfəri keçdi. 

Mynews.az  xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putinin rəsmi portalında dərc edilən fərmanı təsdiq edir. 

Fərmana görə, 2017-ci ilin yanvar ayının 1-dən etibarən SQ-nin şəxsi heyətinin ümumi sayı 1 milyon 897 min nəfər təyin edilib. Hərbçilərin ştat sayı 1 milyon 13 min 628 nəfər təyin edilib. 

Uzun müddət ərzində SQ-də şəxsi heyətinin sayı ilk dəfə idi artırılırdı. Prezidentin 2008-ci il 28 dekabr fərmanına müvafiq olaraq, SQ-nin şəxsi heyətinin sayı 1 milyon nəfər təyin edilmişdi. 2009-cu ildən başlayan hərbi islahatlar zamanı bu göstərici əsas idi. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...