Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Livan prezidenti rəsmi görüşdə yıxılıb - VİDEO

Livanın bu il 82 yaşı tamam olacaq prezidenti Mişel Aun “28-ci Ərəb Birliyi Sammiti”ndə xatirə şəkli çəkdirmək üçün yerinə keçərkən yıxılıb.  

Mynews.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyə” telekanalı məlumat yayıb. 

Kadrlarda liderlərin xatirə şəkli çəkdirməyə hazırlaşdıqları görünür. Livan prezidenti gözlənilmədən yıxılır. Bundan sonra rejissor planı dəyişir, amma bir dəqiqə sonra yayım davam edir. Aun isə artıq həmkarlarının sırasında dayanır. 

Olayı şərh edən Livan nümayəndə heyəti Mişel Aunun heç bir xəsarət almadığını və səhhətinin normal olduğunu bildirib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...