Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Şagird qız 1 dəqiqəyə görə - İNTİHAR ETDİ

Türkiyənin Çanaqqala bölgəsinin Biga Mahalında 12 mart - bazar günü keçirilən sınaq imtahanına bir dəqiqə gecikən qız dəhşətli addım atıb.

Mynews.az Milliyet-ə istinadən xəbər verir ki, Biga Atatürk Anadolu Liseyinin 4-cü sinif şagirdi Büşranur Kalaycı imtahana buraxılmayınca intihar edib.  

Hadisə dünən axşam saatlarında onun yaşadığı ünvanda qeydə alınıb. Keçid imtahanına girə bilmədiyi üçün günlərdir depressiyada olan ibtidai sinif şagirdi kəndirlə özünü tavandan asıb. Bacısı Gülnur axşam evə gələndə Büşranurun otağında tavana asılı cəsədi ilə qarşılaşıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...