Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Terrorçular 22 qızı qaçırdılar

Nigeriyada "Boko Haram"  terrorçu qruplaşmasının silahlıları 22 qız oğurlayıb.

Mynews.az APA-ya istinadən xəbər verir ki, martın 30-da silahlılar ölkənin şimal-şərqində yerləşən kənddən 17 yaşadək olan 18 qızı oğurlayıb.
 
Bundan sonra digər  yaşayış məntəqəsinə hücum edən terrorçular daha 4 qızı zorla özləri ilə aparıblar.
 
2014-cü ilin aprelində Borno ştatının Çibok şəhərində internat məktəbində təhsil alan 276 qız "Boko Haram" qruplaşması tərəfindən oğurlanmışdı.
 
Xatırladaq ki, "Boko Haram" Nigeriya hökumətinin devrilməsinə və ölkənin şimalında islam dövlətinin yaradılmasına çalışır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...