Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bu görüntülərə görə iranlı qadınlar cəzalandırıldı - FOTO

İranda idmançı qızların başları baş örtüklərinə görə dərdə düşüb. 
 
 Azərbaycanın cənub qonşusu olan İran beynəlxalq bilyard yarışına qatılan qadın idmançıları cəzalandırıb.
 
Yarış Çində keçirilib. Burada İranı bir neçə qadın bilyardçı təmsil edib. Lakin onlar ölkələrinə qayıtdıqdan sonra geyim qaydalarını pozduqları üçün mükafat əvəzində cəza ilə qarşılaşıblar.
 
Belə ki, adları hələ açıqlanmayan qadın idmançılar bir il ərzində ölkə daxili və xaricində keçirilən bütün müsabiqələrdə iştirak etmək şanslarını itiriblər.
 
Bilyard Federasiyası cəzalandırılan qadınların adlarını daha sonra açıqlayacağını bildirib.
 
Qeyd edək ki, bu geyim qaydalarını pozduğu üçün ilk cəzalandırılma halı deyil. Ötən ay da İran Şahmat Federasiyası bu səbəblə 18 yaşlı şahmatçı Dorsa Derehşaniyi milli komandadan uzaqlaşdırıb.istipress

Bu foto qızların başına dərd oldu
 

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...