Çobanlar məhkəmə zalında həbs edildi
400-dən çox qoyunu mənimsəməyə görə 7 il həbs cəzası verildi.
Bakı Ağır Cinayətlər Məhkəməsində çobanlıq etdikləri fermanın qoyunlarını mənimsəməkdə ittiham olunan şəxslərin cinayət işi üzrə son proses keçirilib. Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Təqsirləndirilənlər - Əliş Abdulov və Mikayıl Əndəlifovun hər birinə 7 il azadlıqdan məhrumetmə cəzası verilib. Onlar məhkəmə zalında həbs ediliblər.
Digər təqsirləndirilənlər - Seymur Zahidov, Cabir Nərimanov və Mirhüseyn Zayidov barəsində isə 1 il sınaq müddəti təyin edilməklə şərti cəza təyin edilib.
İttihama görə, Güzdək Qoyunçuluq Sovxozunda çoban işləyən təqsirləndirilənlər fermer təsərrüfatına məxsus 400-dən çox qoyunu mənimsəməkdə ittiham olunublar.
İstintaq və məhkəmə dövründə təqsirləndirilən şəxslər barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilib.
Çobanlar isə özlərini ittihamla təqsirli bilmirlər. Onlar məhkəməyə bildiriblər ki, fermer təsərrüfatına rəhbərlik edənlər özləri qoyunları satıb, günahı da onların üstünə atırlar.
Loading...
Dünya
- Moskvada daha bir DƏHŞƏT
- Məşhur aktyor "Oskar"a çılpaq qatıldı
- Zəlzələdə anasını itirdi, bir gün sonra oğlu dünyaya gəldi
- İnsult keçirən ustad aktyorun son vəziyyəti açıqlandı
- Türkiyədə 100 mindən çox şəxsi aldadan “Tosuncuk” həbsxanada - Tanınmaz halda - FOTO
- İranda məktəbli oğlan anasının baş örtüyü ilə özünü asdı
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- “Nar” ilə səyahətdə WhatsApp-da pulsuz yazış! 971 dəfə oxunub
- Emin Ağalarov söz verdi 971 dəfə oxunub
- Moskvada daha bir DƏHŞƏT 969 dəfə oxunub
loading...