Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Rusiyadakı terrorda azərbaycanlı qız həlak olub - YENİLƏNİB - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində metroda baş verən partlayış nəticəsində ölənlər arasında azərbaycanlı qızın olduğu açıqlanıb. 

Mynews.az Diaspor.az saytına istinadən xəbər verir ki, bu, 20 yaşlı Əliyeva Dilbarədir. Əliyeva Dilbarə Sankt-Peterburq Dəmiryolu Universitetinin tələbəsi olub. Məlumatı Sankt-Peterburq şəhərində Azərbaycan diasporunun fəallarından olan Orxan Məcidov təsdiqləyib. Dispor fəalının sözlərinə görə, mərhum aprelin 4-də saat 10:00-da son mənzilə yola salınıb. 

Redaksiyamıza Faxrali.com saytından verilən məlumata görə mərhum Əliyeva Dilbarə Rusiya vətəndaşı olsa da, əslən Gürcüstanın Bolnisi rayonunun Faxralı kəndindən idi.

Allah rəhmət eləsin!

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...