Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Peterburq terrorçusunun şəxsiyyəti təsdiqləndi - DNT ekspertizasının nəticəsi

DNT ekspertizası Sankt-Peterburq metrosunda baş verən terror aktı zamanı partlayıcı qurğunu aktivləşdirməkdə təqsirləndirilən Akbarjon Cəlilovun şəxsiyyətini təsdiqləyib.

Mynews.az Metbuat.az-a istinadən verdiyi məlumatına görə, terrorçunun valideynlərinin köməkliyi ilə keçirilən tanıma prosedurunun nəticələri də eyni olub. Hazırda müstəntiqlər Akbarjon Cəlilovun kimlərlə əlaqələri olduğunu araşdırırlar.

Aprelin 3-də Sankt-Peterburq metrosunda baş verən terror aktı nəticəsində 14 nəfər dünyasını dəyişmişdi.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...