Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Toyuna gəlməyənləri məhkəməyə verən azərbaycanlı Rusiyanın 1-ci kanalında - VİDEO

Rusiyanın Birinci telekanalında yayımlanan “Veçerniy Urqant” verilişinin aparıcısı İvan Urqant bu yaxınlarda Bakıda baş verən qəribə hadisəni geniş işıqlandırıb. 

Mynews.az azxeber.com-a istinadən xəbər verir. 

“Nikaha daxil olan Azərbaycan sakini toyuna gəlməyən qonaqları məhkəməyə verib. Qeyd olunur ki, şikayətçi toya gəlməyən 15 nəfərin ümumilikdə 1500 AZN məbləğində cərimə olunması haqda iddia irəli sürüb”, - deyə Urqant verilişin “Novosti ot İvana” rubrikasında bildirib.

O, verilişin sonunda “İndi də gəlin birlikdə nə üçün dəvət etdiyi qonaqların bu insanın toyuna gəlmədiyini araşdıraq”, - deyə təbəssümlə bildirib.  

Urqant: “Ona görə də dəvətnaməni daha düzgün tərtib etmək lazım idi. Belə yazmaq daha düzgün olardı - “Əziz Məhəmməd və Günel, sizi 13 martda bizim toyumuza, ya da 15 martda Bakı rayon məhkəməsinə dəvət edirik”.

Qeyd edək ki, bir müddət əvvəl Bakı sakini özünə toy edib və toyuna gəlməyənləri məhkəməyə vermək üçün vəkilə müraciət etmişdi.  

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...