Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Ananası zəncirləyib metroda gəzdirdi - FOTOLAR

 Ankarada qəribə bir hadisə baş verib.  Belə ki, bir gənc qız metroda özü ilə bərabər it kimi zəncirlədiyi ananası gəzidirib. Bu hadisəylə qarşılaşanlar təəccübünü gizlədə bilməyiblər. 
 
Sosial media istifadəçiləri bu qəribə gənc qızın foto şəkillərini çəkərək sosial şəbəkələrdə paylaşıblar. Qısa müddət ərzində qız demək olar ki, bütün Türkiyədə məşhurlaşıb, hər kəs bu qeyri-adi hadisədən danışıb. 
 
Metroda qızın zəncirlənmiş ananas gəzdirməsinin gerçək səbəbi isə daha sonra ortaya çıxıb.
 
Gənc qız qısa zamanda məşhurlaşmaq, performans göstərmək məqsədilə belə etdiyini deyib. Gənc qız Instagramdaki hesabında yeni bir sənətə giriş etmək məqsədilə ananas gəzdirdiyini açıqlayıb. "Çox maraqlı reaksiyalar almışıq. Ciddi qala bilmək ən çətiniydi. Fərqində olmasalar da bütün sərnişinlərə dəstəklərinə görə təşəkkür edirik " , deyə yazan qız bu işinin hələ bitmədiyini qeyd edib: "İşin son halı üçün bir az da vaxt var. Bu arada ananasın sonu deyəsən bir az pis olacaq".
 
 
Qeyd edək ki, daha əvvəl Çinli gənclər kələmi zəncirləyib gəzdirmişdilər.
 
Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...