Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

TƏCİLİ - Rusiya Suriyanı bombaladı

ABŞ-ın Suriya ordusunun aviabazasına endirdiyi zərbələrin ardından Rusiyaya məxsus hərbi təyyarələr İdlib şəhərini bombalayıb. İstiPress Milliyet-ə istinadən xəbər verir ki, şəhərin Hayiş bölgəsinə endirilən hava zərbələri nəticəsində 8 dinc sakin ölüb, çox sayda yaralıların olduğu bildirilir. Məlumata əsasən, hücuma məruz qalan bölgədə Hama şəhərindən gələn qaçqınlar məskunlaşıb.

Aprelin 4-də Bəşər Əsəd rejiminə aid hərbi təyyarələrin İdlib şəhərinə zərbələr endirməsindən sonra kimyəvi zəhərlənmə nəticəsində çoxlu sayda insan ölüb və yaralanıb. Aprelin 7-ə keçən gecə isə  ABŞ-ın Aralıq dənizindəki hərbi gəmilərindən Suriya ordusunun aviabazasına 59 raket buraxılıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...