Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Fabrikdə partlayış baş verib, yaralılar var

Paris yaxınlığında ətirli kağız istehsal edən fabrikdə bazar ertəsi partlayış baş verib, altı nəfər yaralanıb.  

Mynews.az Oxu.Az-a istinadən xəbər verir ki, barədə “Parisien” qəzeti yazır. 

Məlumata görə, hadisə yerli vaxtla saat 11:00-da (Bakı vaxtı ilə saat 14:00-da) Monruj şəhərində baş verib. Evlərdə ətrin yayılması üçün yandırılan məşhur “papier d"Arménie” kağızını istehsal edən fabrik artıq bir əsrdən çoxdur ki, burada yerləşir. 

Partlayış nəticəsində altı nəfər müxtəlif dərəcəli xəsarət alıb, onlardan ikisinin vəziyyəti ağırdır. Partlayışın səbəbləri aydınlaşdırılır. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...