Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Nəvəyə baxan nənələrə dövlət pul ödəyəcək

Türkiyədə pilot layihə fəaliyyətə başlayır.

Trend-in məlumatına görə, bu barədə açıqlama verən ölkənin əmək və sosial müdafiə naziri Mehmet Müəzzinoğlu deyib ki, layihə işləyən valideynlərin övladlarına baxan nənələrlə bağlıdır. Pilot layihə həmin nənələrə ödənişlərin edilməsini nəzərdə tutur.

Nazirin sözlərinə görə, layihə bu ilin martından reallaşdırılmağa başlanacaq.

Məqsəd qadınların məşğuliyyətini artırmaq və onlara tam iş günü işləmək imkanı verməkdir.

Pilot layihə 4 əyalətdə başlayacaq və 5000 ailəni əhatə edəcək. 6 aydan sonra işlərin gedişindən asılı olaraq, Türkiyənin digər yerlərində də tətbiq olunacaq.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...