Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Kremldən sərt cavab: Tramp hücuma davam edərsə…

ABŞ Prezidenti Donald Tramp səhv yoldadır.

Mynews.az-ın məlumatına görə, Axar.az xəbər verir ki, bu sözləri Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Konstantin Kosaçev deyib. Onun sözlərinə görə, Tramp bu yola davam edərsə, geri çəkilmək üçün özünə heç bir şans qoymayacaq:

“Rusiya və İrana cavab olaraq Trampın yeni hücumları haqda məlumatların verilməsi ABŞ-ın istədiyinə nail olmadığını göstərir. Hər şeydən əvvəl Suriyada qanla bəslənənləri sakitləşdirmək lazımdır. Tramp isə təhlükəli yola addım atır. Buna davam edərsə, onlar heç vaxt sakitləşməyəcək”.

Xatırladaq ki, ABŞ-ın Birləşmiş Millətlər Təşkilatının daimi nümayəndəsi Nikki Heyli Rusiya və İrana cavab olaraq Prezident Donald Trampın, lazım olarsa, Suriyaya yeni hücumlar təşkil edəcəyini bildirmişdi.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...