Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

ABŞ-da qadın sünnəti edən həkim həbs olundu - ömürlük cəza gözlənilir

Mynews.az ABŞ mətbuatına istinadən xəbər verir ki, Miçiqan ştatında qız uşaqlarını sünnət edən Jumana Naqarwala adlı doktora qarşı ittiham irəli sürülüb.  

İttiham sübuta yetiriləcəyi təqdirdə doktoru ömürlük həbs gözləyir.

Naqarwala isə ittihamı rədd edir.  

Davanın ABŞ tarixində bənzəri olmadığı bildirilir. 

Vəkillərin bildirdiyinə görə doktor Naqarwala 6-12 yaş arasında qız uşaqları üzərində bu vəhşi əməliyyatı yerinə yetirirmiş. Həmçinin, sünnət etdiyi insanlara bunu kimsəyə söyləməməyi tapşırırmış.

Miçiqan ştatından kənarda yaşayan insanlar da Naqarwalaya qadın sünnəti ilə bağlı müraciət  edirmişlər.  

BMT: Qadın sünnətinə məruz qalmış 200 milyon qadın var

ABŞ yetkililəri 2012-ci ildə ölkədə sünnət edilən və ya  bu risk altında olan qızların və  qadınların sayının 500 mindən çox olduğunu bildirmişdilər.  

BMT isə dünyanın dörd bir yanında  qadın sünnətinə məruz qalanların sayının 200 milyona yaxın olduğunu açıqlayıb. 

BMT-yə görə bu cür qadınlar ən çox  Misir, Efiyopiya və İndoneziyada yaşayırlar.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...