Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Övladı olmayan cütlük xəstəxanaya müraciət etdi - Şoka düşdü

ABŞ-ın Missisipi ştatında övlad sahibi olmaq istəyən ailə aldığı xəbərdən şoka düşüb.

Mynews.az  "The Sun” nəşrinə istinadən xəbər verir ki, övlad sahibi ola bilməyən cütlük süni mayalanma etdirmək üçün klinikaya müraciət edirlər. Klinikada onlardan genetik keçmişlərini müəyyən etmək üçün DNK analizi götürürlər. Ancaq, labaratoriya asistanları iki genetik profildəki oxşarlığı görüb çox təəccüblənir. Həkim birinci onların qohum olduğunu düşünür, lakin genetik bənzərlik başqa bir tablonu ortaya çıxarıb. İki patsientin doğum tarixlərinin eyni olduğunu görən həkim cütlüyün əkiz olduğundan əmin olub. Həkim talehsiz cütlüyə bu məlumatı verərkən onlar əvvəlcə inanmayıb, lakin nəticələrə baxdıqda həyatını ən böyük şokunu yaşayıblar.

Müxtəlif ailələr tərəfindən övladlığa götürülübmüşlər

Məlumata görə, universitetdə tanış olub bir-birinə aşiq olan gənclər hələ bir neçə aylıq olanda bioloji ana və atasını avtomobil qəzasında itirdikdən sonra müxtəlif ailələr tərəfindən övladlığa gütürülüblər. Ailələr ikisinə də bir əkiz tayının olduğunu xəbər verməyib. Həkim evli çütlüyün birlikdə gələcək həyatlarını davam edəcəyini qeyd edib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...