Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Türkiyədə referendum dolları bahalaşdırıb

Ötən cümə gecəsi Türkiyədə dollar 11 dəqiqə ərzində 3,68 TL-dən 3,75 TL-yə qalxıb. 

Bu qəfil məzənnə sıçrayışının referendum ilə əlaqəsi olmadığını ifadə edən banklar vəziyyəti aşağı həcmli elektron bazarda edilən “keriz silkələmə əməliyyatı” kimi şərh etmişdilər.

Mynews.az Fins.az-a istinadən xəbər verir ki, cümə gününə 3,67 TL-dən başlayan dollar, ölkədə bazarlar bağlandığı saatda 3,68 TL səviyyəsində idi. 

Cümə gecə yarısı dollarda gözlənilməz sərt bir hərəkətlilik yaşandı və saat 23:48-də 3,68 TL olan dollar məzənnəsi saat 23:59-dan etibarən 3,75 TL-yə yüksəldi. 

Məzənnədəki bu sərt hərəkətin səbəbi ciddi mübahisələndirildiyi bir vaxtda bunun referendumun nəticələri ilə əlaqəli olub-olmadığı da müzakirə edildi. Ancaq analitiklər məzənnənin 11 dəqiqədə 0,7 TL  sıçramasının referendumla əlaqəli olmadığını iddia edirlər.

Bazarda yaşanan bu hərəkətin zaman və görüntü etibarilə tam bir manipulyasiya olduğunu ifadə edən banklar məzənnə sıçrayışının çoxlu qurbanı olduğuna diqqət çəkib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...