Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Səudiyyə Ərəbistanın HHQ helikopteri dostluq atəşi ilə vurulub

Səudiyyə Ərəbistanının HHQ-yə məxsus helikopteri Yəməndə dostluq atəşinin qurbanı olub. 

Mynews.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə “Reuters” agentliyi Yəmənin Müdafiə Nazirliyinin saytına istinadən məlumat yayıb. 

Daha öncə “Black Hawk” helikopterinin qəzaya uğramasına dair məlumat yayılmışdı. Qəza Yəmənin Marib vilayətində hərbi tapşırığı yerinə yetirərkən baş verib.

Bununla yanaşı, “Reuters” agentliyi Səudiyyə Ərəbistanının SPA agentliyinə istinadən ölkənin HHQ helikopterinin qəzaya uğramasına dair məlumat yaymışdı. Hadisə nəticəsində ən azı göyərtədə olan 12 nəfər ölüb. 

Qəzanın təfərrüatlarını aydınlaşdırmaq üçün istintaq aparılır. Əhməd Asiri koalisiyasının nümayəndəsi “France-Press” agentliyinə səbəblər haqqında danışmağın hələ tez olduğunu deyib. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...