Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Yunanıstanda hərbi helikopter qəzaya uğrayıb - Ölənlər var

Yunanıstanın şimali-şərqində hərbi helikopter qəzaya uğrayıb, dörd hərbçi ölüb, bir nəfər xəstəxanaya yatırılıb. Üçgünlük matəm elan edilib. 

Mynews.az Oxu.Az-a istinadən xəbər verir ki, RİA Novosti-yə bu barədə ölkənin Müdafiə Nazirliyindən bildiriblər. 

Çərşənbə günü səhər quru qoşunlarının UH-1H helikopteri Larisadan Kozaniyə planlaşdırılmış uçuşu yerinə yetirmək üçün səmaya qalxıb. Helikopter Sarantapor rayonu yaxınlığında qəzaya uğrayıb. Axtarış-xilasetmə əməliyyatı zamanı dörd hərbçinin cəsədi tapılıb, onların kimliyi müəyyən edilib. Hərbçi qadın yaralanıb, o, xəstəxanaya yatırılıb, onun həyatı təhlükədə deyil, bu barədə baş qərargah məlumat yayıb.  

Qəzanın səbəbləri araşdırılır. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...