Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Ermənistan-Gürcüstan müharibəsi başlaya bilər - Vəziyyət gərginləşib

Sergey Lavrovun bəyanatı İrəvanda həyəcan doğurub. Rusiya xarici işlər naziri Sergey Lavrovun Abxaziyaya səfəri zamanı verdiyi bəyanat İrəvanda narahatlıqla qarşılanıb.

Lavrov Suxumidə Abxaziyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlüyə qəbul edilməsi ilə bağlı verilən sualı cavablandırıb:

“Tam hüquqlu üzvlük üçün blokun bütün üzvləri səs verməlidir, bu, həm də müşahidəçi kimi üzvlüyə də aiddir”, – deyən Rusiya xarici işlər naziri əlavə edib: “KTMT öz üzvlərinin təhlükəsizliyini təmin etməyə borcludur”.

Erməni şərhçi Akop Badalyan Suxumidə Lavrova ünvanlanan bu sualın Moskvanın təşəbbüsü ilə də verilə biləcəyini vurğulayır:

“Sualın təşəbbüskarının Rusiya və ya Abxaziya olduğunu söyləmək çətindir, amma, böyük ehtimalla Moskva yoxlama aparır”.

Akop Badalyanın fikrincə, Rusiya Ermənistandan və digər KTMT üzvlərindən Abxaziyanın KTMT-yə üzvlüyə qəbul edilməsini tələb edə bilər və bu isə Ermənistan üçün yeni problemlər yarada bilər:

“Bu, Gürcüstanla problemlər yarada bilər, həmçinin beynəlxalq ictimaiyyətin mənfi rəyinə səbəb ola bilər. Nəzərə almaq lazımdır ki, Abxaziyanın müstəqilliyi tanınmayıb”.

Badalyan bunu obrazlı şəkildə Ermənistanın “arxa cəbhəsinin açılması” kimi dəyərləndirib. Yəni, İrəvan bu addımı atarsa, istər-istəməz Gürcüstanla müharibə vəziyyətinə düşmüş olacaq. Nəticə isə indidən aydındır – Gürcüstan Ermənistanı blokadaya salacaq. Həm də xristian amilinə görə Gürcüstanı dəstəkləyən qərb dövlətləri Ermənistanla düşmənçiliyə başlayacaq. //İstiPress

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...