Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Parisin mərkəzində növbəti atışma, 2 polis öldü - YENİLƏNİB

Parisin mərkəzində baş vermiş silahlı insident nəticəsində iki polis həlak olub, daha biri isə yaralanıb.  Mynews.az  "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, atışma zamanı yaralanan iki polisdən biri xəstəxanada keçinib. 

Fransa DİN-nin məlumatına görə, hadisə yerinə yaxın üç metro stansiyası bağlanıb. 

**** 00.36

Parisin mərkəzində daha bir atışma baş verib. Mynews.az “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, insident nəticəsində ölən və yaralananlar barədə məlumat verilmir.  

Bundan əvvəl Fransa paytaxtının mərkəzində atışmanın baş verdiyi, nəticədə bir polis əməkdaşının öldüyü, digərinin yarandığı barədə məlumat verilmişdi.  

Hücum edənlərin iki nəfər olduğu bildirilir. Onlardan biri cavab atəşi ilə öldürülüb, digəri hadisə yerindən qaçıb.   

Cinayətkarın axtarışı davam etdirilir.

İnsidentin terror aktı olduğu istisna edilmir.  

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...