Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Ərəbistanda flippinli qadınların satış statistikası dəhşətlidir!

 2012-ci ilin statistikasina əsasən Səudiyyə Ərəbistaninda iş yerlərinin 66 %-ini xarici fəhlələr tutur. İşçi qüvvəsi əsasən Fələstin, Misir, Yəmən, Tayland, Flippin və Cənubi Koreyadan gəlir. Flippinli fəhlələr hər gün ərəbistanlılar tərəfindən zorakılığa məruz qalırlar. Onların həm maaşı ödənmir, həm də cinsi zorakılığa məruz qalırlar. Etiraz etdikdə saxta ittihamla həbsə alınırlar.

Flippinin Riyazdakı konsulu Aribas deyir: Xarici İşlər Nazirliyinin məlumatına əsasən 2016-ci ilin 2-ci yarısında Ərəbistanda 661000 flippinli fəhlə olub. Onların 194000 nəfəri ev xidmətçisidir. 192000 nəfərin peşəsi yoxdur.

Beynəlxalq İnsan Haqları Təşkilatının  (Human Rights Watch) Yaxın Şərq və Şimali Afrika üzrə icraçı direktoru Sara Li Vitson deyir: Ərəbistanda bu gün də quldarlıq davam edir. Evlərdə xidmətçı kimi işə götürülən xarici qadınlar kəniz kimi cinsi istismara məruz qalır.

Statistikaya əsasən Ərəbistanda xususi evlərdə 200000 flippinli qadın qul kimi çalışır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...