Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Hər an üçüncü dünya müharibəsi başlaya bilər - Rusiya, ABŞ və Şimali Koreya orduları hazır vəziyətdə...

Dünyada baş verən siyasi məsələlər son günlər mürəkkəbləşməyə doğru gedir.

Belə ki, Rusiya Şimali Koreya ilə sərhəddə qoşun yığıb. Digər tərəfdən, ABŞ Hərbi Hava Qüvvələri Yaponiya esminesleri ilə birgə Şimali Koreya yaxınlığında təlimlərə başlayıb. Uzun müddətdir Şimali Koreya və Birləşmiş Ştatları arasında nüvə təlimləri ilə bağlı ortaq məxrəc əldə oluna bilmir. Həmçinin, Suriya məsələsində Rusiya ilə ABŞ arsında yaranan gərginlik davam etməkdədir.

Rusiya-ABŞ-Şimali Koreya - dünyanı idarə nəhəng nüvə dövlətləri. Ziddiyyətlər yekunlaşmazsa, müharibə qapıdadırmı?

Mövzu ilə bağlı Metbuat.az-a açıqlama verən millət vəkili, siyasi elmlər doktoru, professor Elman Nəsirov bildirib ki dünyada təhlükəsizlik məsələlərinin təminatında çox ciddi boşluqlar yaranıb:

“Faktiki olaraq, iki nəhəng nüvə dövləti ilə Rusiya arasındakı qarşıdurma yeni mərhələyə keçib. İndi tərəflər bir-birinə birbaşa, yaxud dolayı yolla əzələ nümayiş etdirirlər. Bu nöqteyi nəzərdən, Rusiyanın Uzaq Şərqdə həyata keçirdiyi addımlar, Birləşmiş Ştatların Şimali Koreya ilə bağlı Hind okeanına aviadaşıyıcılarını yerləşdirməsi və Şimali Koreya sahillərinə yaxınlaşması bir-biri ilə əlaqəli ciddi məsələlərdir. Burada ABŞ və Rusiyanın kifayət qədər maraqları mövcuddur. Biz, eyni zamanda onların toqquşmasının şahidiyik. İndi dünyamız çox narahat bir yerə çevrilib. Şimali Koreya özü də bəyan edib ki, ABŞ-ın bu hərəkətlərindən sonra hər həftə nüvə silahlarının sınağını həyata keçirəcək. Belə olan təqdirdə, dünyada qlobal, eyni zamanda regional səviyyədə müharibələrin başlanması ehtimalı daha çox artmağa başlayır”.

Millət vəkili, eyni zamnada qeyd etdi ki, gözlənilməz, təsadüfi addımlar belə nüvə müharibəsini labüd edə bilər:

“Xatırlayırsınızsa, 2015-ci ildə Çin Xalq Respublikası özünün “Ağ kitabı”nı dərc etdi. “Ağ kitab” ölkənin Milli Təhlkükəsizlik Konsepsiyasından fərqli bir sənəddir. Bu sənəddə hərbi təhlükəsizlik məsələləri əksini tapıb. 2015-ci ilin “Ağ kitab”ında qeyd olunur ki, 1946-cı ildən başlayaraq Çin Xalq Respublikası “Üçüncü Dünya Müharibəsi”nin olacağını proqnozlaşdırır və ona hazır vəziyyətdə olmalıdır. Fikir verirsinizsə, 2015-ci ilin sənədində artıq Çinin “Üçüncü Dünya Müharibəsi”nə hazırlaşması ilə bağlı tezislər öz əksini tapıb. Bu da onu göstərir ki, böyük dövlətlər lokal qarşıdurmaların qarşısını almasalar, regional səviyyədə maraqların toqquşması ilə bağlı təhlükəsizlik tədbirləri görməsələr, vəziyyət daha da dramatikləşə və qlobal səviyyəli münaqişələrə gətirib çıxara bilər. Bir çox hallarda bunlar təsadüf ucbatından baş verə bilər. Məsələn, Sovet İttifaqı ilə ABŞ arasında “Soyuq Müharibə” dövründə hardasa 20 dəfə aparatlar səhv siqnallar göstərib. Həmin cihazlar tərəflərin bir-birilə müharibə etdiyini bildiriblər. Sonra məlum olub ki, aparatların özündə qüsurlar var. Bunların hamısı dünyamızın yenidən mürəkkəbləşdiyini göstərir. Xüsusilə də, iki nəhəng dövlət – Rusiya və ABŞ arasındakı ziddiyyətlərin kəskinləşməsi artıq uzaq şərqdə də özünü göstərməyə başlayıb. Bu nöqteyi nəzərdən, artıq dünyada təhlükəsizliklə bağlı çox ciddi bir həyəcan təbili çalmağın vaxtı gəlib çatıb”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...