Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Evə qayıdanda yataqda oğlanla tutdum" - 7 aylıq hamilə arvadını öldürən şəxs

Türkiyənin Kayseri şəhərində 7 aylıq hamilə həyat yoldaşını boğaraq öldürdüyü üçün mühakimə olunan suriyalı Əhməd El H. (24) hakim qarşısına çıxarılıb.

Suriyalı şübhəli: "Hadisə günü axşam 19.00 -da evə gəldim. Həyat yoldaşım yemək hazırladı, yemək yedik. Evdən çıxıb bərbərə getdim, sonra təkrar evə gəldim. Həyat yoldaşımı bir gənc ilə yataq otağında tutdum. Cinsi münasibətdə olduqlarını gördüm. Oğlan qaçdı, arvadım da qaçmaq istədi. Həyat yoldaşımı ürəyi gedənə qədər döydüm" , - deyib.
 
İstintaq əməliyyatı sonrası qadının 7 aylıq hamilə olduğu və boğularaq öldürüldüyü məlum olub. 

Məhkəmə prosesi qeyri-müəyyən tarixə qədər təxirə salınıb.

 
Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...