Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Əxlaqsızları çərçivəyə salmaq üçün siğə təklif olunur" - Bakirə qızlar, dul qadınlar...

Siğə ərəb dilində "muta" adlanır. Faydalanmaq, istifadə etmək mənasını verən bu söz hər hansı bir qadınla müəyyən məbləğin əvəzində, müəyyən bir müddət birlikdə olmaq üçün razılığa gəlməkdir.

Cəmiyyətdə siğəliyin mahiyyəti haqda fikir ayrılığı yaşanır. Siğə nikahının bakirə qızlarla deyil, dul qadınlarla həyata keçirildiyi haqda bəzi fikirlər də var.

Xüsusilə İranda QİÇS-in yayılma səbəbi kimi məhz siğəliyi göstərənlərin sayı az deyil.

Mynews.az xəbər verir ki. Metbuat.az-a açıqlama verən ilahiyyatçı Teyyub Süleymanov məsələyə aydınlıq gətirib.

“Siğə pul qarşılığında cinsi əlaqədə olmaq demək deyil. Peyğəmbərin zamanında da siğə edilib. Nisa surəsi 24-cü ayəyə istinad edilir. Siğədən sui-istifadə edənlər çoxdur. Cəmiyyətdə istənilən əxlaq səviyyəsində olan insanlar var. Din əxlaqsızlıqla məşğul olanları çərçivəyə salmaq üçün siğəni təklif edir. Bir qadın və kişi siğə bağladıqdan sonra bir müddət başqası ilə əlaqədə ola bilməz. İstisna situasiyalarda müraciət olunan kəbin formasıdır. İkinci xəlifə Ömər ibn Xəttabın fətvası ilə o zamanlar bu işə son qoyulur. Əhli-Beyt məktəbinə görə, Allah və peyğəmbərə qarşı çıxıb ona fətva verməyə heç kəsin ixtiyarı yoxdur. Əhli-Sünnə məktəbinə görə isə, siğə haram sayılır, qəbul olunmur. Elə fövqəladə hallar var ki, siğəlik əsl çıxış yolu olur. Məsələn, kiçik yaşlı uşağın xarici ölkəyə valideynlərinin yanına getməsi lazım olarsa, bu zaman o, əlbəttə ki, tək buraxıla bilməz. Bunun üçün də ailəyə yaxın bir kişi həmin uşaqla müvəqqəti siğə ola bilər. Siğəliyi evlənmə anlamında başa düşənlər yanılır. Bu məhrəm olmaqdan ötrüdür. Bu yolla kişi həmin uşağın əlinə toxuna bilər. Müvəqqəti siğəliyin ən az müddəti 3 gündür. Vaxtın bitməsi ilə, siğəliyin zamanı da bitir. Həzrəti Peyğəmbərin də elə qadınları olub. O, bunu həmin qızları himayəyə götürmək məqsədilə edib. Müsəlman kişi yəhudi və xristian qadınla evlənə bilər. Lakin qeyri-müsəlmanlarla kəbin müvəqqəti oxunur. Məsələn 10, 20 illik hədd qoyulur. Həmin qadının müsəlman olacağına ehtimal məqsədilə həyata keçirilir. Müvəqqəti əqd insanları zinakarlıqdan, cəmiyyəti pozulmaqdan qoruyur. Əqd olunmanın öz qayda-qanunları var. Orda göstərilən imtiyazlar ödənməlidir. Əgər bir kişi qadınla müvəqqəti nikahda olubsa, ən azı 3 gündən 2 ay yarıma qədər qanunlara əməl etməyə borcludur”.

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...