İngilis deputat erməniləri BİABIR ETDİ - “Edvard Nalbandyanın arvadı ilə...”
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 2016-cı ilin yanvarında keçirilmiş qış sessiyasında “Dağlıq Qarabağda və Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılığın artması” adlı məruzə ilə çıxış edən britaniyalı deputat Robert Uolter bu günlərdə maraqlı açıqlamaları ilə yadda qalıb.
Publika.az xəbər verir ki, R.Uolter Ermənistanın mediasına açıqlamasında ermənilərin onun haqqında səsləndirdikləri ittihamlara cavab verib.
Bu məruzədən sonra erməni lobbisi və rəsmi İrəvan britaniyalı deputatın Bakı tərəfindən “satın alındığını” iddia etmişdi.
R.Uolter isə bunun mümkün olmadığını, yalan ittihamlar olduğunu bildirib.
“Mən heç vaxt heç bir hökumətdən pul götürməmişəm. Lakin Ermənistan nümayəndə heyətinin üzvlərindən biri mənim adımı korlanmış nümayəndələr sırasında çəkir. İndiyə qədər Makedoniya, Macarıstan və digər ölkələrlə bağlı məruzələr hazırlamışam. Hətta Ermənistandan keçirilən prezident seçkilərində də müşahidə missiyasının tərkibində idim. Lakin heç vaxt heç bir hökumətdən pul almamışam”, - deyə o vurğulayıb.
Britaniyalı deputat qeyd edib ki, Dağlıq Qarabağla bağlı məruzənin hazırlaması üçün onu insan haqlarının müdafiəsi Komissiyası məruzəçi olaraq seçib: “Çünki mən dedim ki, İrəvanda yaxşı dostlarım var, bir sıra nazirlər, o cümlədən Edvard Nalbandyanla yaxın dostam. Mən Edvard Nalbandyanın evində arvadı və özü ilə birlikdə nahar etmişəm. Bu münasibətlərə görə məni məruzəçi olaraq seçdilər. Lakin bu gün Nalbandyan mənimlə danışmır”.
Dünya
- Moskvada daha bir DƏHŞƏT
- Məşhur aktyor "Oskar"a çılpaq qatıldı
- Zəlzələdə anasını itirdi, bir gün sonra oğlu dünyaya gəldi
- İnsult keçirən ustad aktyorun son vəziyyəti açıqlandı
- Türkiyədə 100 mindən çox şəxsi aldadan “Tosuncuk” həbsxanada - Tanınmaz halda - FOTO
- İranda məktəbli oğlan anasının baş örtüyü ilə özünü asdı
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- “Nar” ilə səyahətdə WhatsApp-da pulsuz yazış! 955 dəfə oxunub
- Emin Ağalarov söz verdi 954 dəfə oxunub
- Moskvada daha bir DƏHŞƏT 953 dəfə oxunub