Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Ərdoğandan “Nədən bu qədər populuyarsınız” sualına cavab

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Hindistan səfəri öncəsi bu ölkənin "WION" telekanalına müsahibə verib.

Mynews.az avropa.info-ya istinadən bildirir ki, Ərdoğan telekanalın "Nədən bu qədər populuyarsınız" sualına da cavab verib.

Suala cavab verən Ərdoğan təsisçisi olduğu  AKP-nin yarandığı gündən bu yana daim yüksələn bir siyasi hərəkat olduğunu və heç bir seçkini uduzmadığını bildirib.

"Bu, bir şeyi göstərir. Demək ki, çox geniş təbəqəli, xalqını qucaqlayan, xalqına həqiqətən anlayışla yanaşan və heç bir fərq qoymadan xalqına doğru gedərsənsə, xalq səni hər zaman dəstəkləyər. Mən 52 faizlə Türkiyə prezidenti seçildim.

Partiya olaraq isə daim yüksələn faizlə xalqımızdan səs aldıq. Parlamentdə isə heç bir zaman uduzmadıq. Demək ki, bəzilərinin iddia etdiyi kimi, biz xalqı bölüb parçalayan deyil, xalqı birləşdirən bir hərəkatıq" deyə Ərdoğan qeyd edib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...