USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

Bəzi "iş adamları": biznes yoxsa siyasi reytinq? - FAKTLAR

12:33 17.01.2025
Bəzi "iş adamları":  biznes yoxsa siyasi reytinq? - FAKTLAR
12:33 17.01.2025

Mübariz Mənsimov, İlham Rəhimov,  Söyün Sadıqov və digərləri “Milli Şura” nın keçmiş sədri Rüstəm İbrahimbəyovun yerişini yeriyirlər

Böyük dühalardan birinin, belə bir kəlamı var: 
Üz vemə nadana, sirr vermə pisə,
Axır qəlbin ya inciyər, ya küsər,
Ot bitər kök üstə, əsli nəisə,
Yovşan bəsləməklə, cəmənzar olmaz.

Haqlı və əsaslı ibrətamiz kəlamdır. Soydaşlarımız arasında da elələri var ki, ölkəmizdə yaradılan yüksək şəraitdən, möhtəşəm imkanlardan bəhrələnir özünə hər cür yaşayış qurur, lakin elə ki, xaricə üz tutur, dönüb olur üzüdönük. Araşdıranda məlum olur ki, həmin üzüdönüklərin söy-kökündə çatışmazlıqlar var. Yəni zatı qırıqlardır. Xaricdəki üzü dönüklərin hər biri müxtəlif yollarla Azərbaycan cəmiyyətində özünə siyasi, ictimai xal qazanmağa cəhd göstərir. Biri bloger, digəri Tv aparıcısı, başqa birisi isə “xeyirxah sahibkar” olaraq özlərini Azərbaycan cəmiyyətinə sırımağa cəhd edilər.  Son illər xaricdəki antimilli ünüsrlərlə yanaşı biznesmen- sahibkar qiyafəsində olan azərbaycanlılı şəxslərdə bilərəkdən və ya bilməyərəkdən antiAzərbaycan dairələrinin maraqlarına xidmət göstərirlər. Onların sırasına daha çox Rusiya Prezidenti Vladimir Putinin tələbə yoldaşı olduğu iddia edilən “Sadovod” topdan satış bazarının sahibi İlham Rəhimovun,  “Palmali” şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimovun, bir zaman qondarma “Milyaderlər ittifaqı” deyilən qurumun üzvlərindən olmuş Söyün Sadıqovun adları çəkilir. 

Bazar təfəkküründə, bazara uyğun xüsusiyyətlərə malik “sahibkar”

Vladimir Putinin tələbə yoldaşı olduğu deyilən və pafoslu şəkil də  alim, hüquqşünas kimi Azərbaycan cəmiyyətinə sırımağa çalışılan İlham Rəhomovun əslində  nə alimlikdən, nə də hüquqdan anlayışı yoxdur. O ancaq bazar təfəkküründə, bazara uyğun xüsusiyyətlərə malik “sahibkar”dır. Ədalət naminə demək olar ki, o pul saymağı, şimotka satmağı pis bacarmır. Məhz bu cür peşəkar keyfiyyəti  ilə özünə biznes imperiyası da yarada bilib. Təbii ki qazandığı pulların kökündə onun Azərbaycan doğumlu olması xüsusi rol oynayıb.  Yəni Azərbaycan dövlətinin və xalqının yüksək nüfuza malik olması ilə özünü xarici ölkədə sərbəst və güvənli aparıb və böyük pullar qazana bilib. Bunu dilə gətirib, Azərbaycan dövlətinə təşəkkür edib, xalqı qarşısında baş əymək əvəzinə, iddia irəli sürür və deyir ki, biznes sahəsində əldə etdiyi uğurlara görə, Rusiya prezidenti Vladimir Putinə minnətdardı. Tez-tez də Putini tərifləyir, onun məddahını göylərə qaldırır. Az qalır desin ki, soy - kökünün bir ucu Vladimir Vladimiroviç Putinin soyuna  gedib çıxır. Kifayət qədər yaşı və başı olan,  özünə hörmət etməyi bacaran insan, ət ürpəşdirən yaltaq sözlər, fikirlərlə çıxış etməz, bir qədər qürurunu gözləyər, mənliyinə dəyər verər. 

Təəssüflər olsun ki bəz jurnalistlər  redaktəsiz filansız maliyyə yardımları aldıqları İlham Rəhimovun Putin haqqında, ümumiyyətlə qaragüruh düşüncəsindən fərqlənməyən Rusiyanın bəzi bazar adamları haqqında söylədiyi tərifli fikirlərini müxtəlif gözqamaşdıran şəkillərlə qəzetlərin manjetinə, saytların önünə çıxardırlar.  Cidd jurnalistik qaydalarından və prisiplərindən uzaq olan biçarə jurnalistləri qınamaq bir o qədər olmur. İmkansız olduqlarından İlham Rəhimov, Mübariz Mənsimov, Söyün Sadıqov və bu kimi digər bazarda şimotka, alma, armud satmaqla özlərinə böyük pullar qazanan alverçilərin çaldıqları havanı oynamağa, oxuduqları mahnılara züy tutmağa məcburdular. Əks halda qəzetlərin çapı dayanar, satytların fəaliyyəti  məhdudlaşar, internet TV -lərin yayımı sıradan çıxar, QHT-lər layihə icra etməkdən məhrum olunarlar. Məhz İlham Rəhimovun, Mübariz Mənsimovun və digərlərinin maliyyə yardımları hesabına bir neçə qəzet, sayt, internet TV fəaliyyət göstərir, ümumilik də 3 000-ə yaxın insan İlham Rəhimovun və Mübariz Mənsimovun göndərdiyi pullardan bəhrələnirlər. 

“Pul verirəmsə, nə istəsəm onu da edə bilərəm”

Sözügedən ahibkarlar Azərbaycanın müxtəlif bölglərində məsçidlər, bağçalar, iaşə obyektləri, tədris müəssisələri tikirlər, olsun təbii ki, etiraz etmək, qarşılarına kötük atmaq olmaz. Bu bir növ alicənablıq, xeyirxahlıq və humanist addım olaraq dəyərləndirilə bilər. Sadəcə hər bir məsələ qanunla, yerli qurum rəhbərləri ilə razılaşdırmaqla həyata keçirmək olar. “Pul verirəmsə, nə istəsəm onu da edə bilərəm” deyib, saymazyana hərəkət etmək, şübhəli məqamlar üzə çıxardır. Başlıcasısı, ehtimal yaradır ki, sözügedən iş adamları hansısa xarici ölkələrin  qaranlıq otaqlarında, müəmmalı pıçıltılar aparıb,  Azərbaycan gəlir və özlərinin dediklərinə görə, “xeyirxah” işlər görürlər. Əgər sizlərin əməlində biclik, işinizdə mənəvi, siyasi divident qazanmaq istəyi yoxdursa, o zaman buyurun layihələrinizi yerli qurumlarla razılaşdırın və həmin yerli qurumların hesablarına maliyyə vəsaitlərini köçürməklə, nəzərdə tutulan işlərin həyata keçilməsinə nail olun.  Şəxsi təşəbbüs olaraq görülən işlərin arxasında siyasi maraq qazanmaq istəyi dayana bilər. Bunu bir zman “Milyarderlər İtifaqı” nın fəallarından olmuş Rüstəm İbrahimbəyovun və Söyün Sadıqovun timasılında açıq şəkil də bəlli oldu. Məlum oldu ki, bu hər iki şəxs Azərbaycanda “xeirxah insan” adını qazanmaqla siyasi divident əldə etmək üçün dəridən qabıqdan çıxırlar. Rüstəm İbrahimbəyov 2013-cü il prezident seçkiləri ərəfəsi AXCP sədri Əli Kərimlinin, Müsavatın keçmiş və indiki başqanları Arif Hacılının, İsa Qəmbərin və digərlərinin fitvasına və dəstəyinə uyaraq dağıdıcı müxalifətin yaratdığı “Milli Şura” nın sədri oldu və prezidentliyə namizədliyini irəli sürdü. Sonradan Rüstəm İbrahimbəyov tarixin arxivinə göndərildi və Rusiyanın layihəsi olan “Milli Şura” parçalandı. “Milyarderlər ittifaqı” nın fəal üzvlərindən olmuş Söyün Sadıqov isə siyasi maraqlarını Azərbaycanda həyata keçirmək üçün jurnalistləri ələ almağa cəhdlər göstərdi. Müxtəlif saytlarda, qəzetlərdə çalışan 20-ə yaxın jurnalisti Moskvaya dəvət edən S.Sadıqov onları bir həftə şəhərdə qonaq saxladı, onların ciblərinə pul, başlarına tezislər yükləyib Baklıya yola saldı.  Bununla yanaşı S.Sadıqov Azərbaycandakı jurnalistləri öz tərəfinə çəkmək üçün hiyləgər açıqlama ilə çıxış etməkdən çəkinmədi. Bildirdi ki, o ayıracağı maliyyə vəsaiti hesabına Bakıda jurnalistlər üçün bina inşa edəcək. Lakin siyasi hiyləgərlərin məkrli planlarından uzaq olan, sağlam düşüncəli və əqidəli  jurnalistlər S.Sadıqovun bina tikib, onlara mənzil vermək istəyini rədd etdi. Ortada  üç-beş nəfər  ələbaxan jurnalistin qaldığını gördükdə S.Sadıqov ideyasından imtina etdi və siyasi iddialarından geri çəkildiyini açıqladı. Ümumiyyətlə fakt ondan ibarətdir ki, xaricdəki Azərbaycan dövlətinin qazandığı möhtəşəm hörmət və nüfuzdan bəhrələnib, özlərinə böyük biznes quranların bəziləri Azərbaycanda “yaxşı, xeyirxah Azərbaycan oğulu” adına sahib olub, əslində özünə siyasi, mənəvi kapital toplamaq azarında və niyyətində olanlar  elə Söyün Sadıqov kimi məkrli planlar işləyib, həyata keçirməyə cəhd etsələrdə sonradan bütün arzu və istəkləri iflasa uğrayır.  

Mübariz Mənsimov özünü “xeyixah adam” kimi göstərmək üçün bir müddət “Xəzər-Lənkəran” futbol klubuna maliyyə dəstəyi də göstərdi

Bir qədər əvvəl “Palmali” şirkətlər qrupunun sahibi Mübariz Mənsimov açıq şəkildə Azərbaycanda Azərbaycanda ictimai –siyasi proseslərə baş vurur, şərəfli, ləyaqətli insanları ləkələmək, gözdən salmaq üçün Bakıdakı “muzdur jurnalis”lərə müxtəlif təlimatlar, tapşırıqlar verirdi. Hətta Cənub bölgəsində özünəyaxın narazılıq yaratmaq, yeri gələndə iddialarla çıxış etmək üçün qrup da formalaşdırmışdır. Özünü “xeyixah adam” kimi göstərmək üçün bir müddət “Xəzər-Lənkəran” futbol klubuna maliyyə dəstəyi də göstərdi. “Palmalı” süd zavodu da yaradıb, ora sözünü eşidə biləcək, tapşırılarının icrasında təeəddüdə yol verməyəcək insanları topladı. Lakin boyunundan böyük iddiaları “Xəzər-Lənkəran” futbol klubunu, daha sonra isə “Palmalı” süd zavodunu batırdı. Tələb irəli sürmüşdür ki, futbol klubunun stadionunda və otaqlarında onun şəkilləri əks olunsun.  Futbolçuların geyimlərində onun şirkətinin emblemi və adının yazılması irəli sürülən  tələblər sırasəında olmuşdur. Həmçinin M.Mənsimov tapşırıq vermişdir ki, futbolçuların hər biri ən azı ay ərzində bir dəfə KİV-lər də onun haqqında tərifli, siyasi imic qazandıra biləcək açıqlamalar verməlidir. Təbii ki, futbolçular bu cür təlıəbləri yerinə yetirə bilməzdilər və yerinə yetirmədilərdə. Nəticə də qəzəblənən M.Mənsimov KİV vasitəsi “mən hər ay 1 milyon manat nəyə görə havayı yerə xərcləməliyəm ki?” deyə hədələyici açıqlama ilə çıxış etdi. Belə hədə nə stadion rəhbərliyinə nə də futbolçulara təsir etdi. Vəziyyətin xeyirinə işləmədini anlayan M.Mənsimov “Xəzər-Lənkəran” futbol klubuna maliyyə yardımları göstərməkdən imtina etdi. Eyni zmanda “Palmali” süd zavodunu da bağlamaqla, insanları cəzalandıdığını düşündü. Lakin yanıldı. Çünki dövlətin dəstəyi, yerli sahibkarların birliyi hesabına bölgədə “Palmalı”dan da böyük və sayı çox olan iş yerləri yardıldı.

 


Xəbər lenti

300x200r